Yuxarı
    Bağlamaq

    Azərbaycanın ​veteran cüdoçuları Avropa çempionatını komanda hesabında 3-cü başa vurublar

    Xorvatiyada keçirilən Avropa çempionatı yekunlaşıb

    Bakı. 27 iyun. REPORT.AZ/ Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatına yekun vurulub.

    Azərbaycanın Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, Azərbaycan millisinin çempionatda 30-40 yaş arası mübarizə aparan cüdoçuları komanda hesabında 3-cü yeri tutublar.

    Avropa çempionatında Azərbaycanı təmsil edən Vüqar Hüseynov (60 kq), Vüqar Budaqov (73 kq), Fərhad Rəcəbli, Zaur Bağırov (+100 kq) və Zülfiyyə Hüseynova (70 kq) qızıl, Müşfiq Cəfərov (73 kq) gümüş və Zaur Paşayev (100 kq) bürünc qazanıb.

    Qeyd edək ki, 38 ölkədən 813 idmançının (702 kişi, 111 qadın) mübarizə apardığı Avropa çempionatında Azərbaycan millisi 14 cüdoçu (14 kişi, 1 qadın) ilə təmsil olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi