Yuxarı

Vergilər Departamenti Azərbaycan Ənənəvi Karate-Do Federasiyasını məhkəməyə verib

Federasiya bəyannaməni gecikdirdiyi üçün 40 manat cərimələnib

Bakı. 19 noyabr. REPORT.AZ/ Bakı şəhər Vergilər Departamenti Azərbaycan Ənənəvi Karate-Do Federasiyasını (AƏKF) məhkəməyə verib. "Report"un məlumatına görə, federasiyadan vergi və dövlət məcburi sığortası qalığının ödənilməsi tələb olunur. 

İşə 1 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsində baxılır. 

AƏKF-nin prezidenti Əhməd Hətəmov "Report"a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, Federasiya 2014-cü ilin III rübü üzrə vergi bəyannaməsini vaxtında ödəməyib. Ə.Hətəmovun sözlərinə görə, buna bəyannamə dövründə - oktyabrın ikinci yarısında ənənəvi karate-do üzrə Azərbaycan milli komandası ilə birgə Rusiyanın paytaxtı Moskvada keçirilmiş dünya çempionatında iştirakları səbəb olub. Heç bir gəlirə və işçiyə malik olmadıqlarını deyən Ə.Hətəmov bildirib ki, xeyli vaxtdır sıfır rəqəmləri doldurulmuş hesabat veriblər. Beynəlxalq yarışlar vaxtı onlara maddi dəstəyi isə Gənclər və İdman Nazirliyi verib. 

Federasiya prezidentinin sözlərinə görə, bəyannaməni vaxtında ödəyə bilməmələri səbəbindən 40 manat cərimələniblər: "Yəqin ki, 40 manata görə məhkəməyə verilmişik" - deyə, Federasiya prezidenti əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi