Yuxarı

​Vaterpol üzrə "Prezident kuboku" keçiriləcək

İlk qarşılaşma İsveçrə-Rumıniya milliləri arasında keçiriləcək

Bakı. 4 may. REPORT.AZ/ Mayın 5-də Su İdmanı Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilən su polosu üzrə "Prezident kuboku" üzrə ənənəvi beynəlxalq turniri start götürəcək.

Bu barədə "Report"a Azərbaycan Su İdmanı Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Turnirdə Azərbaycan vaterpolçuları ilə yanaşı, Moldova, Rumıniya və İsveçrə komandaları da iştirak edəcəklər. Ayın 7-dək davam edəcək yarış çərçivəsində su polosu üzrə U-19 Avropa çempionatının seçmə turniri keçiriləcək.

Qeyd edək ki, ilk qarşılaşma sabah Su İdmanı Sarayında saat 19:00 İsveçrə-Rumıniya milliləri arasında keçiriləcək. Azərbaycan vaterpolçuları isə saat 20:30-da Moldova yığması ilə qarşılaşacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi