Ümumdünya Şahmat Olimpiadasında IX turun təqvimi müəyyənləşib

Ümumdünya Şahmat Olimpiadasında IX turun təqvimi müəyyənləşib Əsas milli komanda Rusiya ilə görüşəcək
Komanda
11 Sentyabr , 2016 12:04
Ümumdünya Şahmat Olimpiadasında IX turun təqvimi müəyyənləşib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında IX turun təqvimi müəyyənləşib.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, kişilərdən ibarət əsas milli komandamız sentyabrın 11-də Rusiya ilə görüşəcək. İkinci yığmamız Vyetnamı, üçüncü komandamız isə Hondurası sınağa çəkəcək.

Favoritlərdən Ukrayna Hindistanla, ABŞ - Norveçlə, İngiltərə İranla, Hollandiya Çexiyayla, Çin Farer adaları ilə üz-üzə gələcək.

IX turda qadınlardan ibarət əsas millimizin rəqibi Ukrayna olacaq. İkinci komandamız Fransa ilə, üçüncü yığmamız isə Əlcəzairlə görüşəcək.

Liderlərdən Çin ABŞ-la, Rusiya Vyetnamla, Polşa İsraillə, Hindistan Hollandiyayla, Gürcüstan Türkmənistanla qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi