Ukraynalı oyunçular Azərbaycanda çıxış edə bilər

Ukraynalı oyunçular Azərbaycanda çıxış edə bilər Ukraynadakı voleybolçular Azərbaycanda çıxış edə bilər.
Komanda
16 Mart , 2022 15:51
Ukraynalı oyunçular Azərbaycanda çıxış edə bilər

Ukrayna, Belarus və Rusiya voleybolçuları Azərbaycanda çıxış edə bilər.

Bu barədə "Report"a müsahibəsində Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayev deyib.

Qarayev həmin oyunçuların Azərbaycana gəlmə ehtimalının olduğunu söyləyib: "Niyə gəlməsinlər? Hara gedəcəklər? Amma mövqeyini bildirməlisən: Rusiya və Ukraynadan eyni komandaya oyunçu götürə bilmərsən, birini seçməlisən. Çünki bu iki ölkənin idmançıları birlikdə oynamazlar. Görürsünüzmü ukraynalı məşqçilər və futbolçular Rusiyanı necə tərk edirlər"?

Təcürbəli mütəxəssisin fikrincə, bu ölkələrdən voleybolçuları komandalara cəlb etmək mümkün olarsa, gələn ildən hər klubda 2-3 legioner yer ala bilər: "Xaricdəki oyunçularımız və ölkələri sanksiyaya məruz qalmış belaruslu və rusiyalı, həmçinin ukraynalı oyunçularla danışıqlar aparıb gətirə bilsək, hər klubda 2-3 legioner yer alacaq. Bunu müsbət hal saymaq olar".

Federasiya rəsmisi hazırda Ukrayna, Belarus və Rusiyadan nəinki voleybolçu, hətta futbolçu da gətirməyin məqamı olduğunu bildirib: "Futbol üzrə Fransa millisində xeyli qaradərili çıxış edir. Onları Qvineya, Nigeriya və digər ölkələrdən gətirir, vətəndaşlıq verir və milli komandada oynadırlar. Sonra da onları baha qiymətə satırlar. Bizimkilər niyə etmir? Pulları yoxdur? Lazımsız oyunçuları yığma komandaya soxdular, oynatdılar. 3-4 nəfər gətirin və qələbə qazanın. Əllərinizə fürsət düşüb. Bilirsinizmi Ukraynada necə yaxşı futbolçular var"?

Faiq Qarayevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi