Ukrayna klubu içkili halda dava salan legionerlərini qovdu

Ukrayna klubu içkili halda dava salan legionerlərini qovdu Ukraynanın "Odessa" basketbol klubu ABŞ-dan olan legionerləri Baden Caksen və Drü Brendonla müqaviləni pozub.
Komanda
913
27 Oktyabr , 2020 01:07
Ukrayna klubu içkili halda dava salan legionerlərini qovdu

Ukraynanın "Odessa" basketbol klubu ABŞ-dan olan legionerləri Baden Caksen və Drü Brendonla müqaviləni pozub.

"Report"un məlumatına görə, belə qərara səbəb gecə klubunda dava olub. Basketbolçular gecə klubuna baş çəkərək, sərxoş halda çaxnaşma törədiblər.

Qeyd edək ki, bu mövsüm Superliqada Caksen orta hesabla 9,8 xal yığıb və 4,4 ötürmə verib. Brendon isə 9,1 xal və 5,2 ötürmə müəllifi olub.

Son xəbərlər

Orphus sistemi