Yuxarı

“Tour d`Azerbaidjan-2015” veloturunun liderləri yarış barədə təəssüratlarını bölüşüblər

Veloturunun liderləri mətbuat konfransı keçirib

Bakı. 10 May. REPORT.AZ/ "Tour d`Azerbaidjan-2015" beynəlxalq veloturunun liderləri mayın 10-da Bakıda keçirilən mətbuat konfransında yarışlar barədə təəssüratlarını bölüşüblər.

"Report" xəbər verir ki, beşinci mərhələnin qalibi Sergey Firsanov ("Rusvelo") bildirib ki, çox çətin mərhələ olub. O deyib: "Əfsus ki, ikinci mərhələdə səhvə yol verdim. Şadam ki, bu gün qalib gəldim".

Veloturun şəxsi hesabda qalibi, “Adria Mobayl” komandasının təmsilçisi Priqoj Roqlits isə deyib: "Bu qələbə bütün komandanın qələbəsidir. "Adria Mobayl" bu il 50 illiyini qeyd edir. Bu qələbəni yubileyimizə həsr edirəm. Komandanın köməyi sayəsində ikinci mərhələdən başlayaraq, şəxsi hesabda liderliyi qoruyub saxlaya bildim".

"Adria Mobayl" komandasının təmsilçisi, ən yaxşı sprinter kimi yaşıl maykanın sahibi Marko Kump: “İkinci mərhələdə Roqlitsin qələbəsindən sonra ümidimizi ona bağladıq. Mən hər mərhələdə xal toplamağa çalışdım. Avropa Oyunlarının velosiped yarışlarının keçiriləcəyi bu marşrut sprinterlər üçün bir o qədər də çətin deyil, amma külək var”.

Azərbaycanın ən yaxşı veloyürüşçüsü, "Sinergy-Baku"nun təmsilçisi Maksim Averin mətbuat konfransında deyib: "Sevindirici qələbədir. Bu çətin mərhələdə mövqeyimi qoruyub saxlamağa çalışdım və istədiyimə nail oldum".

Azərbaycan komandasının digər təmsilçisi, qırmızı maykanın sahibi Aleksandr Surutkoviç isə deyib: "Mən sırf dağ veloyürüşçüsü deyiləm. Burada təkcə rəqibə qarşı deyil, həm də küləyə qarşı mübarizə aparmaq lazımdır. Amma şadam ki, qırmızı maykanı qazandım".

Yasəməni maykanın sahibi, ən yaxşı gənc veloyürüşçü Frantişek Sisr ("Dukla") də firikləri ilə bölüşüb: "Üç mərhələdə ilk onluğa daxil oldum. Mərhələdə qalib gəlmək istədim, amma alınmadı. Gələn il başqa komandaya keçmək istəyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi