Tokio-2020: Çexiya millisində növbəti yoluxma aşkarlandı

Tokio-2020: Çexiya millisində növbəti yoluxma aşkarlandı Çimərlik voleybolu üzrə Çexiya millisinin üzvü Ondrjey Peruşiçin koronavirus testinin nəticəsi müsbət çıxıb.
Komanda
19 İyul , 2021 13:08
Tokio-2020: Çexiya millisində növbəti yoluxma aşkarlandı

Çimərlik voleybolu üzrə Çexiya millisinin üzvü Ondrjey Peruşiçin koronavirus testinin nəticəsi müsbət çıxıb.

"Report" Çexiya Milli Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, oyunçu epidemioloji qaydalara uyğun olaraq 10 günlük karantinə alınıb. Onun növbəti analizinin nəticəsi mənfi olarsa, olimpiadada iştirak edə biləcək.

Bu, Çexiya yığmasında ikinci yoluxma halıdır. Daha əvvəl adı açıqlanmayan bir idmançının da virusa yoluxduğu məlum olub.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi