Tbilisidə Azərbaycanın Zəfərinin ildönümünə həsr olunan futbol turniri başlayıb

Tbilisidə Azərbaycanın Zəfərinin ildönümünə həsr olunan futbol turniri başlayıb Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) təşkilatçılığı ilə Tbilisidə Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ildönümünə həsr olunan “Zəfər kuboku” mini futbol turnirinə start verilib.
Komanda
23 Oktyabr , 2021 17:55
Tbilisidə Azərbaycanın Zəfərinin ildönümünə həsr olunan futbol turniri başlayıb

Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) təşkilatçılığı ilə Tbilisidə Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ildönümünə həsr olunan “Zəfər kuboku” mini futbol turnirinə start verilib.

“Report”un yerli bürosu xəbər verir ki, yarışa 10 həvəskar komanda qatılıb.

Rəsmi açılış mərasimində çıxış edən AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov turnir iştirakçılarına təşəkkürünü bildirib. Onun sözlərinə görə, yarış Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının nümayişidir.

Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov və Türkiyə səfirinin müavini Onur Sevim də çıxış edərək oyunçulara uğurlar arzulayıblar.

Turnirin ilk oyunu hər iki ölkənin diplomatik nümayəndəliklərinin həvəskar komandaları arasında keçirilib. Qarşılaşma 2:0 hesabı ilə türkiyəli diplomatların xeyrinə başa çatıb.

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin komandalarının da iştirak edəcəyi yarışın qalibi noyabrın 8-də müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi