"Şuşa"nın baş məşqçisi: "Azərbaycan çempionatına rəng qatmağı düşünürük"

"Şuşa"nın baş məşqçisi: "Azərbaycan çempionatına rəng qatmağı düşünürük" Öz nizam-intizamlı çıxışlarımızla çempionata rəng qatmağı düşünürük.
Komanda
11 Oktyabr , 2024 10:44
Şuşanın baş məşqçisi: Azərbaycan çempionatına rəng qatmağı düşünürük
Ramil Hüseynov

Nizam-intizamlı çıxışımızla Azərbaycan çempionatına rəng qatmağı düşünürük.

Bunu "Report"a açıqlamasında yeni mövsümdən etibarən futzal üzrə Yüksək Liqasında mübarizə aparacaq "Şuşa" komandasının baş məşqçisi Ramil Hüseynov deyib.

Ötən mövsüm I Liqada çıxış edən bölgə təmsilçinin çalışdırıcısı "Şuşa"nı Azərbaycanda tanıtmaq istədiklərini bildirib:

"Komandamız 2021-ci ildən fəaliyyət göstərir. Azərbaycan futzalında "Şuşa"nı yaşatmaq və ölkədə geniş miqyasda tanıtmaq istəyirik. Hədəfimiz odur ki, komanda daha yuxarı pillələr uğrunda mübarizə aparsın. İddialı kollektiv formalaşdırmaq üçün maddi dəstək lazımdır. Heyətimizin əksəriyyəti gənclərdən təşkil olunub. İstərdik ki, komandada çıxış edən oyunçulardan ən azı 1-2 nəfəri milliyə cəlb olunsun. Bu gün Azərbaycan futzalında "Araz-Naxçıvan", "Neftçi" İK və "Baku Fire" kimi güclü klublar yer alıb. Onlara qarşı layiqli mübarizə aparmağa çalışacağıq. Nizam-intizamlı çıxışlarımızla çempionata rəng qatmaq istəyirik".

Qeyd edək ki, Yüksək Liqada 2024/2025 mövsümünə oktyabrın 22-də start veriləcək. Oktyabrın 15-də mövsümün püşkü atılacaq.

Son xəbərlər

Orphus sistemi