Slovakiyalı futzalçılar Bakıdakı şəraitdən razı qaldılar

Slovakiyalı futzalçılar Bakıdakı şəraitdən razı qaldılar "Məhdudiyyətlərə baxmayaraq, matçın oynanılacağı Bakı İdman Sarayında heç bir problem yoxdur. Burada cəmi bir oyun keçirəcəyik. Yalnız həmin qarşılaşmaya köklənmişik. Nəticə bizim üçün önəm daşıyır".
Komanda
29 Yanvar , 2021 16:05
Slovakiyalı futzalçılar Bakıdakı şəraitdən razı qaldılar
Anton Brunovski

"Məhdudiyyətlərə baxmayaraq, matçın oynanılacağı Bakı İdman Sarayında heç bir problem yoxdur. Burada cəmi bir oyun keçirəcəyik. Yalnız həmin qarşılaşmaya köklənmişik. Nəticə bizim üçün önəm daşıyır".

"Report"un məlumatına görə, bunu Slovakiya millisinin futzalçısı Anton Brunovski Avropa çempionatının seçmə mərhələsində bu gün Azərbaycanla keçirəcəkləri oyun haqqında danışarkən deyib.

Bakıya çarter reysi ilə gəldiklərini xatırladan 32 yaşlı yarımmüdafiəçi səfərin çox yaxşı alındığını bildirib: "Hər şey əladır. Aeroportda uzun müddət gözləmədən mənzil başına çatdıq. Buna görə komandada yorğunluq yoxdur. Bəzi detalları və taktikanı müəyyənləşdirmişik. Konkret məsələlərə köklənmişik. İkinci dəfə bu zalda oynayacağam. Bura mənim üçün tanış məkandır".

Yığmanın digər üzvü Tomaş Draxovski də Bakıdakı şəraitdən razı qaldığını gizlətməyib: "Otel əladır, yaradılan şəraitdən məmnunuq. Zala yaxın olduğumuz üçün bizə yaxşı xidmət göstərilir".

Artıq komandadakı itkilər barədə düşünmədiklərini söyləyən futzalçı bütün diqqətlərinin matça yönəldiyini vurğulayıb: "Təəssüf ki, 3 aparıcı oyunçumuz meydana çıxa bilməyəcək. Amma onların boşluğunu doldurub, qələbə qazanmalıyıq. Matçın bərabər səviyyədə keçəcəyini gözləyirəm. Az səhv edən komanda qalib gələcək. İnanıram ki, bu, məhz bizim yığma olacaq".

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi