"Sərhədçi"nin baş məşqçisi: "Yeni oyunçulara ehtiyacımız var"

"Sərhədçi"nin baş məşqçisi: "Yeni oyunçulara ehtiyacımız var" "Yeni oyunçulara ehtiyacımız var. Bu bizim üçün çox vacibdir".
Komanda
14 Dekabr , 2023 13:36
Sərhədçinin baş məşqçisi: Yeni oyunçulara ehtiyacımız var

"Yeni oyunçulara ehtiyacımız var. Bu bizim üçün çox vacibdir".

"Report"un məlumatına görə, bunu "Sərhədçi"nin baş məşqçisi Vladimir Boşnyak "Xəzri"yə 110:117 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının VIII turunun matçından sonra deyib.

Serbiyalı mütəxəssis bu görüşdə tam heyətlə oynaya bilmədiklərini söyləyib: "Bu, bizə təsir etdi. Ben Stivensin yoxluğu da çətinliklər yaşatdı. Həm də rəqib daha yaxşı oynadı. Təkbətək mübarizələrdə onlara uduzduq. Artıq ardıcıl məğlubiyyətlər alırıq. Ümid edirəm ki, qarşıda bizi daha yaxşı matçlar gözləyir. İlk hissədə heç də pis olmadı, amma sonra vəziyyət dəyişdi. İkinci hissədə, ümumiyyətlə, zəif çıxış etdik, çox top itirdik. Bunların üzərində işləmək lazımdır”.

Qeyd edək ki, "Sərhədçi" hazırda 10 xalla 7-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi