Serbiyalı basketbolçu 32 yaşında vəfat edib

Serbiyalı basketbolçu 32 yaşında vəfat edib Yunanıstanın AEK klubunda çıxış edən serbiyalı basketbolçu Stevan Yelovats dünyasını dəyişib
Komanda
6 Dekabr , 2021 11:48
Serbiyalı basketbolçu 32 yaşında vəfat edib
Stevan Yelovats

Yunanıstanın AEK klubunda çıxış edən serbiyalı basketbolçu Stevan Yelovats dünyasını dəyişib.

"Report"un məlumatına görə, idmançı insult keçirdikdən sonra 32 yaşında vəfat edib.

Yelovats noyabrın 14-də məşq zamanı huşunu itirib. O, fərdi proqramda məşqlər edib və topuqdakı zədə ucbatından iki həftə oynamayıb.

Xəstəxanaya çatdırılaraq reanimasiyaya yerləşdirilən basketbolçu bir neçə gün əvvəl ailəsinin xahişi ilə Serbiyaya aparılmışdı.

Son xəbərlər

Orphus sistemi