Yuxarı

Saleh Məmmədov: "Məqsədim həndbol ənənələrini Azərbaycana qaytarmaqdır"

Federasiyanın yeni prezidenti görəcəyi işlərdən danışıb

Bakı. 1 dekabr. REPORT.AZ/ "Gənclik illərindən daim idmana çox böyük həvəs göstərmişəm. Sevinirəm ki, "Azəryol" voleybol klubunun prezidenti olduğum dövrdə komandanın uğurunda mənim də payım olub".

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu Azərbaycan Həndbol Federasiyasının (AHF) yeni prezidenti Saleh Məmmədov deyib. O, sovet dövründə futbolçu olduğunu da xatırladıb. S.Məmmədov bildirib ki, yeni vəzifədə məqsədi həndbol ənənələrini Azərbaycana qaytarmaqdan ibarətdir: "Prezident İlham Əliyevə mənə göstərdiyi etimada görə təşəkkür edirəm".

Qeyd edək ki, Saleh Məmmədov bu gün Milli Olimpiya Komitəsində keçirilən AHF-in Konfransında qurumun yeni prezidenti seçilib. O, öz ərizəsi ilə vəzifəsindən ayrılan Heydər Babayevi əvəzləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi