Şahmatçılarımız "Qatar Masters Open 2014" turnirinə qələbə ilə başlayıblar

Şahmatçılarımız "Qatar Masters Open 2014" turnirinə qələbə ilə başlayıblar Beynəlxalq şahmat turnirində ilk turun görüşləri keçirilib
Komanda
28 Noyabr , 2014 06:00
Şahmatçılarımız Qatar Masters Open 2014 turnirinə qələbə ilə başlayıblar
Bakı. 28 noyabr. REPORT.AZ/ Qətərin paytaxtı Doha şəhərində keçirilən “Qətər Masters Open” beynəlxalq şahmat turnirində ilk turun görüşləri başa çatıb.

"Report" Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, ölkəmizi bu turnirdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Vasif Durarbəyli, Qədir Hüseynov, Günay Məmmədzadə və Zeynəb Məmmədyarova təmsil edirlər.

İlk turda Şəhriyar Məmmədyarov Bolqarıstan təmsilçisi Antoaneta Stefanova,Vasif Durarbəyli Rumuniya şahmatçısı Daniel Bogdan Deac, Qədir Hüseynov isə almaniyalı Markus Lammers üzərində qələbə qazanaraq ilk xallarını aktivlərinə yaza biliblər.

Rauf Məmmədov, Eltac Səfərli və Günay Məmmədzadə isə rəqibləri ilə sülh bağlayıblar. Bu turda yeganə xal qazana bilməyən şahmatçımız Zeynəb Məmmədyarova olub.

Xatırladaq ki, turnirdə Azərbaycan da daxil olmaqla 40-dək ölkədən 153 şahmatçı (111 beynəlxalq qrossmeyster) iştirak edir. İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilən yarış dekabrın 5-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi