"Report" Şahmat Federasiyasına istinadən xəbər verir ki, çempionatda 23 zəka sahibi birincilik uğurunda mübarizəyə qoşulub.
Yarış İsveçrə sistemi ilə keçirilir və 9 turdan ibarətdir.
1-ci turdan sonra 8 şahmatçı - Cəbrayıl Əsədov, Fərid Zeynalov, Fariz Əhmədov, Elxan Bayramov, Abdulla Qədimbəyli, Andrey Mustafin , Vüqar Əsədli və Murad İbrahimli aktivinə ilk xalını yazıb.
Çempionatda I yeri tutan şahmatçı yüksək dəstədə oynamaq hüququ qazanacaq. II yeri tutan şahmatçı isə yüksək dəstəyə birinci namizəd hesab edilir. Yarışın mükafat fondu 1000 AZN təşkil edir.