Şahmat Olimpiadası: Azərbaycanın qadınlardan ibarət millisi də darmadağınla qələbə qazanıb
Komanda
- 29 iyul, 2022
- 14:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qadınlardan ibarət Azərbaycan millisi bu gün Hindistanın Çennay şəhərində start götürən Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə qələbə ilə start verib.
"Report"un məlumatına görə, kişilərdən ibarət yığmanın ardından qadınlardan ibarət Azərbaycan millisi də ilk görüşündə 4:0 hesabı ilə qalib gəlib.
Azərbaycan komandası BƏƏ-ni məğlubiyyətə uğradıb.
Azərbaycan – BƏƏ 4:0
Xanım Balacayeva – Moza Əl-Mənsuri 1:0
Gövhər Beydullayeva – Vafiya Əl-Maamari 1:0
Gülnar Məmmədova – Aişə Əl-Maini 1:0
Ülviyyə Fətəliyeva – Essa Ruda 1:0
Qeyd edək ki, avqustun 10-da başa çatacaq Ümumdünya Şahmat Olimpiadasının ilk turunda Azərbaycanın kişilərdən ibarət millisi də Əlcəzairə 4:0 hesabı ilə qalib gəlib.
Son xəbərlər
06:05
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Region
05:58
Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Digər ölkələr
05:28
ABŞ-də məxfi məlumatları sevgilisinə ötürən MKİ-nin podratçısı saxlanılıb
Digər ölkələr
04:58
Venesuelada neft hasilatında son illərin ən yüksək göstəricisi qeydə alınıb
Digər ölkələr
04:30
Britaniyada yeniyetmə siyasətçini tənqid edən paylaşımlara görə saxlanılıb
Digər ölkələr
04:04
Ceydon Sançonun "Xetafe"yə mümkün keçidinin şərtləri bəlli olub
Digər ölkələr
03:53
Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Digər ölkələr
03:31
BƏƏ-də neft çirklənməsi təhlükəsinə görə çimərlik bağlanıb
Digər ölkələr
03:12
ABŞ Kanadadan olan bir sıra mallara 50 faizlik rüsumları ləğv edib - Yenilənib
Digər ölkələr