Rusiyalı hokkeyçi ABŞ klubunun tarixində rekorda imza atıb
Komanda
- 31 dekabr, 2024
- 07:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Hokkey Liqası (NHL) təmsilçisi "Nyu-York Reyncers"in rusiyalı üzvü Artyom Panarin klubun tarixində rekorda imza atıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, 500 xal həddinə ən tez çatan oyunçu olub.
Bu, "Florida Panters"ə qarşı matçda (3:5) reallaşıb. Qarşılaşmada məhsuldar ötürmə ilə fərqlənən Panarin 500 xal həddinə digər oyunçulardan daha tez - 384 matçda çatıb.
Rusiyalı hücumçu həmçinin klub tarixində bu göstəriciyə çatan 14-cü oyunçu olub.
Qeyd edək ki, hokkeyçi NHL-in cari mövsümündə 34 matçda 16 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
17:03
Azərbaycan XİN vətəndaşları bir daha Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinməyə çağırıb
Xarici siyasət
17:02
UEFA Çempionlar Liqası: "Sabah" - "Slaviya" matçına satılan biletlərin sayı açıqlanıb
Futbol
16:59
Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdəki 8 Azərbaycan vətəndaşı xilas edilib - YENİLƏNİB
Digər ölkələr
16:53
UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası ikinci oyunda da məğlub olub
Futbol
16:50
"Kapital Bank"ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 % artıb
Maliyyə
16:49
Milli Məclisin işçi qrupu: Azərbaycan-Türkiyə münasibətləri siyasi məsuliyyət tələb edir
Milli Məclis
16:49
Asim Xudiyev UEFA Region Kubokunun oyunlarına təyinat alıb
Futbol
16:45
Gürcüstandan Azərbaycana qanunsuz yolla dərman gətirilməsinin qarşısı alınıb
İnfrastruktur
16:45
Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib
Digər ölkələr