Rusiya ilə idman əməkdaşlığını genişləndirmək təklif olundu

Rusiya ilə idman əməkdaşlığını genişləndirmək təklif olundu Bu barədə Oleq Matitsin MDB-yə üzv ölkələrdən olan səfirlərlə görüşündə bildirib
Komanda
16 Fevral , 2021 17:29
Rusiya ilə idman əməkdaşlığını genişləndirmək təklif olundu

“Bu il MDB-nin 30 illiyini qeyd edirik. Əməkdaşlığımızın mühüm parçalarından birini də idman əlaqələrimiz təşkil edir. Bütün proqramlarımız qarşılıqlı hörmətə əsaslanır”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Oleq Matitsin MDB-yə üzv ölkələrdən olan səfirlərlə görüşündə bildirib.

Azərbaycanla Rusiya arasındakı idman əlaqələrindən danışan rusiyalı nazirin fikrincə, artıq ortaq perspektiv üçün müştərək planlar hazırlamağın vaxtıdır: "Odur ki, Bakıdakı tərəfdaşlarımıza da idman əməkdaşlığına dair bu cür proqramların hazırlanma məsələsinə baxmağı təklif edirəm”.

Bu il 4 - 11 sentyabrda Kazanda keçirilməsi nəzərdə tutulan I MDB Oyunlarına hazırlıq mövzusuna da toxunan Rusiya rəsmisi deyib: “İdman meydanları siyasi haqq-hesab çürütmə məkanına çevrilməməlidir. İdmanın təməl prinsipi dostluğu gücləndirmək, başqa mədəniyyətlərə hörmət, bərabərlik kimi dəyərlərə söykənir”.

Son xəbərlər

Orphus sistemi