Qızıl Avropa Liqasına hazırlıqları davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisinin açıq məşqi baş tutub.
“Report”un məlumatına görə, hazırlıq prosesi Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşıb.
Baş məşqçi Fərid Cəlalovun rəhbərliyi altında voleybolçular taktiki-texniki və bərpa məşqləri keçiblər. İdmançılar həmçinin trenajor zalında çalışıblar.
Qeyd edək ki, komanda mübarizəyə mayın 17-də start verəcək. 17-19 may tarixlərində Azərbaycanda baş tutacaq ilk turda millimizin rəqibləri Rumıniya və Ukrayna yığmaları olacaq. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə yığma meydan sahibi ilə yanaşı, Şimali Makedoniya kollektivi ilə üz-üzə gələcək. Üçüncü tur 31 may - 2 iyun tarixlərində Estoniyda baş tutacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq olacaq.