Yuxarı

Qəbələdə polo arenası salınacaq

Arenada dünya çempionatı keçiriləcək

Bakı. 3 sentyabr. REPORT.AZ/ Qəbələdə polo yarışları üçün böyük arena tikiləcək. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev keçirdiyi mətbuat konfransında bildirib. 

O deyib ki, həmin arenada 2017-ci ildə dünya çempionatının keçirilməsi planlaşdırılıb. Bu məqsədlə dekabrda beynəlxalq federasiya üçün təqdimat ediləcək. 

Qeyd edək ki, sentyabrın 4-də ARAF, "Elite Horse and Polo Club" və "World Polo"nun birgə təşkilatçılığı ilə Binə qəsəbəsindəki Elite Horse & Polo Club-da 1-ci FİP Arena Polo üzrə Avropa Çempionatına start veriləcək. Turnir sentyabrın 12-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi