"Qarabağ" reqbi klubu Azərbaycan çempionu olub

"Qarabağ" reqbi klubu Azərbaycan çempionu olub Şəkidə reqbi üzrə 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Azərbaycan çempionatı keçirilib.
Komanda
21 Noyabr , 2021 12:13
Qarabağ reqbi klubu Azərbaycan çempionu olub

Şəkidə reqbi üzrə 2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Azərbaycan çempionatı keçirilib.

"Report"un məlumatına görə, yarışda "Qarabağ", "Qəbələ", "Sumqayıt", "Şəmkir", "Şəki" və "Gəncə" komandaları iştirak edib.

Qrup mərhələsindən start götürən çempionatın qalibi "Qarabağ" olub. "Qəbələ" və "Şəmkir" kollektivləri eyni qrupda yer alan Şuşa təmsilçisi ilk oyunda "qırmızı-qaralar"ı 20:10 hesabı ilə məğlub edib. İkinci görüşdə "Şəmkir"i 25:15 hesabı ilə üstələyən Nizami Mahmudovun baş məşqçi olduğu komanda qrup lideri kimi yarımfinala yüksəlib.

Bu mərhələdə B qrupunun ikincisi "Gəncə" ilə qarşılaşan "Qarabağ" inamlı qələbə ilə finala adlayıb. Onların həlledici oyundakı rəqibi digər yarımfinal qarşılaşmasında "Qəbələ" məğlub edən "Sumqayıt" olub.

Gərgin mübarizə şəraitində keçən matçda rəqibinə 15:0 hesabı ilə qalib gələn "Qarabağ" ilk dəfə Azərbaycan çempionu adını qazanıb.

Son xəbərlər

Orphus sistemi