Yuxarı
    Bağlamaq

    "Qarabağ" Azərbaycan kubokunun qalibi olub

    Qarabağ Azərbaycan kubokunun qalibi olub

    Bakı. 25 may. REPORT.AZ/ Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” və “Neftçi” futbol komandaları arasında Azərbaycan kuboku yarışlarının final oyunu başa çatıb.

    "Report" xəbər verir ki, əlavə olunmuş vaxtın sonuncu dəqiqəsində “Qarabağ”ın futbolçusu Miçel hesabı açıb – 1:0. Beləliklə baş hakim Fariz Yusifov idarə etdiyi oyun 1:0 "Qarabağ" komandasının qələbəsi ilə başa çatıb.

    Bununla da "Qarabağ" ardıcıl ikinci dəfə qızıl dubl edir. 

    Oyundan sonra qalibləri mükafatlandırma mərasimi keçirilir. Medalları AFFA prezidenti Rövnəq Abdullayevlə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edir.      

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi