Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibi müəyyənləşib

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibi müəyyənləşib Bu, "Azərreyl"in ikinci çempionluğudur
Komanda
2 Aprel , 2018 18:50
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibi müəyyənləşib

Bakı. 2 aprel. REPORT.AZ/ Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibi müəyyənləşib.

“Report” xəbər verir ki, “Azərreyl” komandası mövsümün başa çatmasına 3 tur qalmış çempionluğu rəsmiləşdirib. 

Famil Ağayevin rəhbərlik etdiyi kollektiv buna IX turda ən yaxın izləyicisi “Abşeron”u 3:1 hesabı ilə üstələməklə nail olub.

Bu qələbədən sonra xalını 27-yə çatdıran paytaxt təmsilçisi 16 xala malik rəqibi üçün əlçatmaza çevrilib.

“Abşeron” - “Azərreyl” - 1:3 (19:25, 25:21, 26:28, 18:25)

Qeyd edək ki, bu, “Azərreyl”in ikinci ölkə çempionluğudur.

Son xəbərlər

Orphus sistemi