Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI turun təqvimi açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI turun təqvimi açıqlanıb Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI turun təqvimi açıqlanıb.
Komanda
29 Yanvar , 2024 12:42
Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI turun təqvimi açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI turun təqvimi açıqlanıb.

“Report”un məlumatına görə, III dövrənin matçları yanvarın 30-31-də keçiriləcək.

İlk olaraq ayın 30-da “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları üz-üzə gələcəklər. Bu qarşılaşma saat 15:00-da start götürəcək. Günün digər oyunu saat 18:00-da “Murov Az Terminal” və “Abşeron” komandaları arasında olacaq. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Ertəsi gün bir görüş reallaşacaq. “Azərreyl” UNEC-i sınağa çəkəcək. UNEC-in idman zalında təşkil olunacaq matçın start fiti saat 18:00-da səslənəcək.

Son xəbərlər

Orphus sistemi