Yuxarı
    Bağlamaq

    "PwC Azərbaycan" şirkətinin marşallar komandası Azərbaycan Qran-prisində iştirak edib

    Vahid komanda olmaq üçün PwC-nin dörd ölkədən 30 marşaldan ibarət marşalları təlimlər keçib

    Bakı. 30 iyun. REPORT.AZ/ “PwC Azerbaijan” şirkətinin marşallar komandası Azərbaycan Qran-prisində iştirak edib. Keçən il olduğu kimi, məşhur və ən intensiv trek olan 1-ci Sektora / Döngə 1-ə görə məsuliyyət daşıyıblar.

    “Report” bu barədə şirkətə istinadən xəbər verir.

    Bundan başqa, komandada Baş Müşahidəçi qismində şirkətin İnsan Resursları Departamentinin rəhbəri Rəna Rzayeva və yarışdan əvvəl avtomobillərin texniki yoxlaması üzrə mütəxəssis qismində - İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Namiq Həcıyev iştirak ediblər.

    Vahid komanda olmaq üçün PwC-nin dörd ölkədən 30 marşaldan ibarət marşalları təlimlər keçib və son üç ay ərzində hər həftə sonu birgə çalışıb.

    Sektorun Baş Marşalı “PwC Azərbaycan”ın İnsan Resursları Departamentinin köməkçi meneceri İnara Namaliyeva olub və ona Baş Marşalın iki köməkçisi – Zaur Məşədiməmmədov və Trevor Xoqan dəstək olub.

    "Bizim üçün dünyanın ən böyük idman tədbirlərindən birinin hissəsi olmaq çox həyəcanlandırıcı macəra idi. Sektor 1-ə başçılıq etmək mənim və həmkarlarım üçün yeni təcrübə qazanmaq və liderlikdə, motivasiyada, komanda quruluşunda böyük bir fürsət idi. Bu, yalnız müxtəlif sahələrdə mütəxəssis sahəsində deyil , həm də iddialı və ruh yüksəkliyi ilə güclü şəxsiyyətlər və əsl mənasında komanda ruhu və performansı olan komanda ilə mümkün idi. Bu, başqa fantastik bir təcrübə idi və biz həmişə "Birlikdə edə bilərik" şüarını qoruyacağıq" - İnara Namaliyeva qeyd edib.

    Yarış zamanı komanda bir daha böyük güc, çevik hərəkət etmək və ən kritik vəziyyətlərdə qərar qəbul etmək qabiliyyəti nümayiş etdirib. Komanda Sektor 1 boyu 6 post tutub və yarış zamanı iki maşını trekdən uzaqlaşdırıblar. Onlardan biri "Formula-1"in gənc pilotu Maks Ferstapenə (RedBull komandası) məxsus olub.

    2017-ci ilin "Formula-1" üzrə Azərbaycan Qran-prisində komanda tərəfindən nümayiş etdirilmiş fəaliyyət və enerji müstəsna olub və yerli və beynəlxalq "Formula-1"in menecmenti tərəfindən təqdirə layiq görülüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi