Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik"

Portuqaliyalı baş məşqçi: "Azərbaycan millisini dərindən təhlil edəcəyik" "Ən çətin rəqiblərdən biri ilə düşdük. Azərbaycan həndbolda ənənəsi olan ölkədir".
Komanda
30 İyun , 2022 10:54
Portuqaliyalı baş məşqçi: Azərbaycan millisini dərindən təhlil edəcəyik

"Ən çətin rəqiblərdən biri ilə düşdük. Azərbaycan həndbolda ənənəsi olan ölkədir".

"Report"un məlumatına görə, bunu qadın həndbolçulardan ibarət Portuqaliya millisinin baş məşqçisi Joze Antonio Da Silva dünya çempionatının I təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Mütəxəssis bildirib ki, onları Bakıya uzaq səfər və ağır oyun gözləyir: "Rəqibin kim olduğunu bildiyimiz üçün onu dərindən təhlil edəcəyik. Azərbaycanı məğlub etmək və beynəlxalq arenada yerimizi möhkəmləndirmək üçün ən yaxşı həll yollarını tapmağa çalışacaq, həndbolumuzun yaxşı mərhələdən keçdiyini təsdiq edəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi ilk oyununu noyabrın 2-si və ya 3-də Bakıda, cavab matçını isə 1 həftə sonra səfərdə olacaq.

Son xəbərlər

Orphus sistemi