Peşəkar Çövkən Liqasının başa çatacağı vaxt açıqlanıb

Peşəkar Çövkən Liqasının başa çatacağı vaxt açıqlanıb Azərbaycanda ilk dəfə təşkil olunacaq Peşəkar Çövkən Liqası (PÇL) dekabrın 4-də başa çatacaq.
Komanda
20 May , 2024 12:40
Peşəkar Çövkən Liqasının başa çatacağı vaxt açıqlanıb

Azərbaycanda ilk dəfə təşkil olunacaq Peşəkar Çövkən Liqası dekabrın 4-də başa çatacaq.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev mətbuat konfransında məlumat verib.

İlk turun sabah başlayacağını xatırladan ARAF rəsmisi daha əvvəl bir sıra tədbirlər və yarışlar təşkil etdiklərini bildirib: "Bu cür turnirlərin artırılacağı barədə məlumat vermişdik. Peşəkar Çövkən Liqasını rəsmi şəkildə elan edirik. Komandalara uğurlar arzulayıram.18 tur nəzərdə tutulur. Hər komanda bir-birinə qarşı iki oyun keçirəcək. Bütün görüşlər bu il Binə Atçılıq Mərkəzində baş tutacaq. Gələn il başqa meydanlarda gerçəkləşəcək, artıq meydanların siyahısı hazırlanır. Qalib komandaya 3, heç-heçə edənlərə 1 xal veriləcək".

Qeyd edək ki, yarışda 10 komanda - "Ağstafa Dilbaz", "Elit", "Embavud", "Köhlən", "Qarabağ", "Omar", "Polad", "Sərhədçi", "Şirvan" və "Zəfər" iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi