"Ordu"nun baş məşqçisi: "Lənkəran"la oyuna dönüş nöqtəsi kimi baxırdıq"

"Ordu"nun baş məşqçisi: "Lənkəran"la oyuna dönüş nöqtəsi kimi baxırdıq" Bu oyuna dönüş nöqtəsi kimi baxırdıq.
Komanda
29 Noyabr , 2024 17:36
Ordunun baş məşqçisi: Lənkəranla oyuna dönüş nöqtəsi kimi baxırdıq

Bu oyuna dönüş nöqtəsi kimi baxırdıq.

"Report"un məlumatına görə, bunu "Ordu" klubunun baş məşqçisi Alberto Blanko "Lənkəran"a qarşı keçirilən Azərbaycan Basketbol Liqasının IV turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

İspaniyalı mütəxəssis qalib gəldikləri görüş barədə danışıb:

“Bu matç bizim üçün çox önəmli idi. Çünki III turda “Gəncə”yə məğlubiyyətdən sonra komandanın əhval-ruhiyyəsi korlanmışdı. Bu oyuna dönüş nöqtəsi kimi baxırdıq. Görüşə çox yaxşı başladıq. İlk periodda yaxşı üstünlük qazandıq. Oyunçular topla çox yaxşı davranır, çox qaçır, hərəkət edirdilər. Ancaq ikinci periodda bir qədər arxayınlaşdılar. Sonrakı hissələrdə isə üstünlüyü saxladıq və layiqli qələbə qazandıq. Komandamı təbrik edirəm. Sonrakı görüşlərdə bu tempdə davam etsək, istədiyimiz nəticələri əldə edəcəyik”.

Qeyd edək ki, "Lənkəran" - "Ordu" qarşılaşması ikincilərin 92:55 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi