"Ordu"nun baş məşqçisi: "Bizi "Sumqayıt"la çətin oyun gözləyir"

"Ordu"nun baş məşqçisi: "Bizi "Sumqayıt"la çətin oyun gözləyir" Bizi "Sumqayıt"la çətin oyun gözləyir.
Komanda
17 Yanvar , 2025 16:36
Ordunun baş məşqçisi: Bizi Sumqayıtla çətin oyun gözləyir
Alberto Blanko

Bizi "Sumqayıt"la çətin oyun gözləyir.

"Report"un məlumatına görə, bunu Azərbaycan Basketbol Liqasında çıxış edən "Ordu"nun baş məşqçisi Alberto Blanko klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis rəqibin 6 legionerinin komandanı tərk etdiyini xatırladıb:

"Əvəzində yeni oyunçular cəlb olunub. Orada məşqçi dəyişikliyi də olub. Ona görə də “Sumqayıt”ın 3 ay ərzində hələ ki, hansı tərzdə oynadığını dəqiq bilmirik. Biz sadəcə olaraq oyuna çox yaxşı hazırlaşırıq və həm bu görüşə, həm də kubok qarşılaşmalarına qədər heyətin formada qalmasına çalışırıq. Düzdür, heyət, oyunçuların zədəsi ilə bağlı problemlərimiz var. Bununla belə,“Sumqayıt”la görüşdə yaxşı oynayıb qələbə qazanacağımıza inanıram”.

Qeyd edək ki, yanvarın 18-də baş tutacaq "Sumqayıt" - "Ordu" qarşılaşması saat 19:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi