Azərbaycan millisinin kapitanı: "Məqsədimiz ölkəmizi Dünya Qran Prisində təmsil etməkdir"

Azərbaycan millisinin kapitanı: "Məqsədimiz ölkəmizi Dünya Qran Prisində təmsil etməkdir" "Hər iki oyunda qələbə qazanmağa çalışacağıq"
Komanda
22 İyun , 2016 15:25
Azərbaycan millisinin kapitanı: Məqsədimiz ölkəmizi Dünya Qran Prisində təmsil etməkdir

Bakı. 22 iyun. REPORT.AZ/ "Avropa Liqasında məqsəd finala yüksəlməkdir. Qrup oyunlarında qızlar yaxşı çıxış etdi və bütün oyunlarda qalib gəldilər". 

"Report"un məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında qadınlardan ibarət millinin meneceri Oksana Kurt komandanın Avropa Liqasındakı çıxışını dəyərləndirərkən deyib.

Menecer Yunanıstana qarşı hər iki oyunun Bakıda keçirilməsinin Azərbaycan yığması üçün daha yaxşı olacağını bildirib.

Qrup oyunlarından sonra Bakıya qayıdan yığmanın kapitanı Odina Bayramova isə ciddi məşqlərə start verdiklərini, məqsədin finala yüksəlmək olduğunu söyləyib: "Yunanıstana qarşı hər iki oyunu evdə keçirəcəyik. Hər iki oyunda qələbə qazanmağa çalışacağıq. Məqsədimiz ölkəmizin şərəfini Dünya Qran Prisində layiqincə qorumaqdır".

Hazırda millinin heyətinə gənc oyunçular cəlb edilib. Əsas məqsəd Avropa Liqasında finala yüksəlmək, 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında və Avropa çempionatının final mərhəsində Azərbaycanı layiqincə təmsil etməkdir.

Xatırladaq ki, Azərbaycan Avropa Liqasının yarımfinal mərhələsində Yunanıstanla Bakıda qarşılaşacaq. İlk oyun iyunun 25-də, cavab görüşü isə bir gün sonra olacaq. Qalib komanda Slovakiya - Sloveniya cütünün güclüsü ilə finalda üz-üzə gələcək. Avropa Liqasının mahiyyətini artırmaq üçün bu ildən I yerin sahibi gələn il keçiriləcək Dünya Qran Prisinə vəsiqə qazanacaq. 

Son xəbərlər

Orphus sistemi