Bakı. 30 oktyabr. REPORT.AZ/ "Neftçi” Peşəkar Futbol Klubu (PFK) rumıniyalı futbolçu Katalin Tira ilə müqaviləyə xitam verib.
"Report" "Neftçi" PFK-nin saytına istinadən xəbər verir ki, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.
Klubun icraçı direktoru Orxan Hüseynzadə bunun razılaşma əsasında həyata keçirildiyini bildirib: "Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Sabah ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq”.