NBA matçında ulduz basketbolçunun iştirakı ilə kütləvi dava düşüb

NBA matçında ulduz basketbolçunun iştirakı ilə kütləvi dava düşüb Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatında "Los-Anceles Leykers" və "Detroyt Pistons" komandaları arasında keçirilən oyunda kütləvi dava düşüb.
Komanda
22 Noyabr , 2021 15:30
NBA matçında ulduz basketbolçunun iştirakı ilə kütləvi dava düşüb

Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatında "Los-Anceles Leykers" və "Detroyt Pistons" komandaları arasında keçirilən oyunda kütləvi dava düşüb.

"Report" xəbər verir ki, buna meydan sahiblərinin ulduz basketbolçusu Lebron Ceymsin qonaqların oyunçusu Ayzeya Stüarta qarşı kobudluğu səbəb olub.

37 yaşlı hücumçu ikili mübarizə zamanı dirsəyi ilə rəqibin sifətinə zərbə endirib. Üzündən qan açılan oyunçu Ceymsə hücum çəkərək, onu vurmaq istəyib. Komanda yoldaşları tərəfləri çətinliklə sakitləşdirib. Hadisə nəticəsində qarşılaşmada 6 dəqiqəlik məcburi fasilə yaranıb.

Qeyd edək ki, görüş "Los-Anceles Leykers"in 121-116 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi