Bakı. 1 dekabr. REPORT.AZ/ "Bu gün Azərbaycanda yüz minlərlə gənc dövlətin tikdiyi idman komplekslərindən istifadə edir. Təbii ki, bu adamların hamısı peşəkar idmanla məşğul deyil. Ancaq dövlət gənclərin sağlam olması üçün onların hamısına şərait yaradır". "Report" xəbər verir ki, bunu "Gənclərin 1-ci Sağlamlıq Forumu"nda gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. Onun sözlərinə görə, dövlət bundan sonra da gənclərə olan diqqət və qayğını əsirgəməyəcək: "Əminəm ki, dövlət həm investesiyasını, həm də gücünü artıracaq. Bura yeni olimpiya komplekslərinin, eləcə də başqa idman qurğularının tikilməsi də daxildir. Dövlət çalışır ki, gənclər asudə vaxtını daha səmərəli keçirsin. Daha da sağlam olsun".
Nazir müavini: "Azərbaycanda yüz minlərlə gənc dövlətin tikdiyi idman komplekslərindən istifadə edir"
Komanda
1 Dekabr , 2014
11:50


Son xəbərlər
