Yuxarı
    Bağlamaq

    Nazir Azad Rəhimov Monakoya yollanıb

    O, Beynəlxalq Olimpiya Komitəsinin 127-ci Sessiyasında iştirak edəcək

    Bakı. 8 dekabr.REPORT.AZ/ Gənclər və İdman naziri Azad Rəhimov Beynəlxalq Olimpiya Komitəsinin 127-ci Sessiyasında iştirak etmək üçün Monakoya yollanıb. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sessiyada davamlılıq, etimad göstərmə və gənclər mövzularını ehtiva edən "Olimpiya 2020" gündəliyinin təqdimatı nəzərdə tutulur.

    Eyni zamanda, gələcəkdə Olimpiya Oyunlarına ev sahibliyinə seçim prosesində, xüsusən, ev sahibliyi edəcək regionun sosial, ətraf mühit və uzunmüddətli inkişaf planında mümkün yeni strategiyalar, Olimpiya Proqramı ilə bağlı prosedura müəyyən dəyişikliklər edilməsi mövzuları ətrafında müzakirələr nəzərdə tutulur. Sessiyada Olimpiya dəyərlərinin və idmanın ilboyu dünyada təbliği məqsədilə "Olimpiya TV" kanalının yaradılması və s. mövzular da diqqət mərkəzində olacaq.

    Qeyd edək ki, iki gün davam edəcək tədbirə sabah yekun vurulacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi