Yuxarı
    Bağlamaq

    Nazir Azad Rəhimov Lənkəran şəhərində vətəndaşlarla görüşüb

    Gənclər mərkəzlərinin, olimpiya idman komplekslərinin tikilməsi, bəzi idman qurğularının təmiri sahəsində təkliflər verilib

    Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Lənkəran şəhərində vətəndaşlarla görüşüb. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan qəbula Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından 30-dək vətəndaş qatılıb.

    Qəbul zamanı gənclər sahəsində edilən müraciətlər əsasən, QHT yaradılmasına dəstək verilməsi, müxtəlif layihələrin dəstəklənməsi, yay istirahət düşərgələrinin təşkili, məktəblərdə hərbi hazırlıq otaqlarının, “Şahin”, “Cəsurlar” hərbi idman oyunlarının keçirilməsi üçün bazanın yaradılması, Bakı 2015 Avropa oyunlarına könüllülərin cəlb edilməsi və s. istiqamətlərdə olub. Fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman zallarının idman avadanlıqları ilə təmin edilməsi, ölkədə beynəlxalq yarışların keçirilməsi, idman sahəsində edilən müraciətlərlə bağlı ərizələr qəbul edilib.

    Eyni zamanda, gənclər mərkəzlərinin, olimpiya idman komplekslərinin tikilməsi, bəzi idman qurğularının təmiri sahəsində də təkliflər verilib.

    Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı bağlı olub.

    Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi