Naxçıvan Basketbol Federasiyasına yeni sədr seçildi

Naxçıvan Basketbol Federasiyasına yeni sədr seçildi Naxçıvan Dövlət Universitetinin iclas zalında Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının iclası keçirilib.
Komanda
20 Avqust , 2020 20:59
Naxçıvan Basketbol Federasiyasına yeni sədr seçildi

Naxçıvan Dövlət Universitetinin iclas zalında Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının iclası keçirilib.

"Report" xəbər verir ki, yığıncağın gündəliyində federasiyanın fəaliyyəti və görülən işlərin hesabatı, eləcə də yeni sədrinin seçilməsi olub.

Muxtar Respublikanın Gənclər və İdman naziri Azad Cabbarov Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin Basketbol Federasiyasına sədrliyinə namizədliyini irəli sürüb.

Təklif yekdilliklə qəbul olunub və Elbrus İsayev federasiyasının sədri seçilib.

Son xəbərlər

Orphus sistemi