Natalya Məmmədova: "Azərbaycanda məni heç kim gözləmir"

Natalya Məmmədova: "Azərbaycanda məni heç kim gözləmir" Hazırda nə oyun var, nə də məşq. Karantin günlərini adi qaydada keçiririk.
Komanda
17 Aprel , 2020 14:25
Natalya Məmmədova: Azərbaycanda məni heç kim gözləmir
0 : 00
0 : 00

"Hazırda nə oyun var, nə də məşq. Karantin günlərini adi qaydada keçiririk".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq voleybolçusu Nataliya Məmmədova deyib. 

36 yaşlı oyunçu İndoneziyada "Cakarta" klubu ilə müntəzəm çempionatın qalibi olduqdan sonra ölkəni koronavirus pandemiyasına görə tərk edə bilmədiyini söyləyib. O, uçuşlar bərpa olunduqda Azərbaycana qayıtmayacağını söyləyib: "Bakıda yaşamıram, məni orada heç kim gözləmir, ailəm yoxdur. Ona görə də Azərbaycana qayıtmayacağam".

Ukrayna əsilli voleybolçu tarixi vətəninə də dönməyəcəyini vurğulayıb: "Komanda yoldaşım Odina Əliyeva və baş məşqçi Ziya Rəcəbov Bakıya uçuşların açılmasını gözləyirlər. Hələlik burada yaşayacağam. Çünki hazırda başqa ölkəyə uçuş imkanım yoxdur. Uçuşun nə vaxt olacağını da bilmirəm".

Qeyd edək ki, Nataliya Məmmədova 2004 - 2017-ci illərdə Azərbaycan yığmasının formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi