MOK nümayəndələri İslam Həmrəyliyi oyunlarının missiya rəhbərlərinin görüşündə iştirak edib

Komanda
  • 23 mart, 2022
  • 17:15
MOK nümayəndələri İslam Həmrəyliyi oyunlarının missiya rəhbərlərinin görüşündə iştirak edib

Türkiyənin Konya şəhərində 5-ci İslam Həmrəyliyi oyunlarının missiya rəhbərlərinin 1-ci görüşü keçirilib.

“Report” xəbər verir ki, 47 ölkədən 70 nəfərin bilavasitə Konyada daha 9 ölkə nümayəndəsinin onlayn qatıldığı iclasda Türkiyənin Gənclər və İdman nazirinin müavini və Konya -2021-in Baş Əlaqələndiricisi Halis Yunus Ersöz və İslam Həmrəyliyi İdman Federasiyasının birinci vitse-prezidenti Hamad Kalkaba çıxış ediblər.

Oyunların təşkilatçılıq məsələlərinə dair açıqlamalar verilib və nümayəndə heyəti üzvlərini maraqlandıran suallar cavablandırılıb. Nümayəndə heyəti üzvləri yarış yerləri, idman obyektləri və Olimpiya kəndində hazırlıq prosesilə ilə yaxından tanış olublar. MOK və İHİF İcraiyyə Komitələrinin və İHİF-in Əlaqələndirmə Komissiyasının üzvü Könül Nurullayeva da tədbirdə iştirak edib. Beşinci İslam Həmrəyliyi oyunlarının missiya rəhbərlərinin 1-ci görüşünə MOK-un idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev və Beynəlxalq Layihələr üzrə Komissiyanın katibi Ceyhun Rəhmanov qatılıblar.

Qeyd edək ki, 5-ci İslam Həmrəyliyi Oyunları avqustun 9-18 tarixlərində Konyada baş tutacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti