Millimizin sabiq voleybolçusu: "Bu gün Azərbaycan üçün oynayacağam"

Millimizin sabiq voleybolçusu: "Bu gün Azərbaycan üçün oynayacağam" Azərbaycan yığmasının sabiq voleybolçusu Polina Rəhimova şəxsi "Facebook" səhifəsində son vaxtlar cəbhədə baş verən hadisələrlə bağlı Milli Ordumuza dəstək verib.
Komanda
805
3 Oktyabr , 2020 12:04
Millimizin sabiq voleybolçusu: Bu gün Azərbaycan üçün oynayacağam
Polina Rəhimova

Azərbaycan yığmasının sabiq voleybolçusu Polina Rəhimova şəxsi "Facebook" səhifəsində son vaxtlar cəbhədə baş verən hadisələrlə bağlı Milli Ordumuza dəstək verib.

"Report"un məlumatına görə, Dövlət himnindən sitat paylaşan 30 yaşlı hücumçu bugünkü matçda meydana Vətən üçün çıxacağını bildirib.

Braziliyanın "Sesi" klubunun formasını geyinən Rəhimova xalqımıza tezliklə sülh arzuladığını qeyd edib: "Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə... Şanlı Vətən!!! Azerbaycan!!!  Bu gün mənim üçün karantindən və uzun fasilədən sonra ilk oyundur. Matç zamanı bayrağımızı asmağımıza icazə verməsələr də, bu gün qəhrəmanlarımız kimi ölkəm üçün oynayacağam! Azərbaycan, mən səninləyəm! Bu gün hamımız birlikdə olmalıyıq! Hamıya tezliklə sülh arzulayıram. Mən müharibənin əleyhinəyəm"!

Son xəbərlər

Orphus sistemi