Azərbaycan voleybol millisi Braziliyadakı son yoxlama oyununda uduzub

Azərbaycan voleybol millisi Braziliyadakı son yoxlama oyununda uduzub 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində iştirak edəcək voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının hazırlıqları sona çatıb.
Komanda
30 İyul , 2019 10:25
Azərbaycan voleybol millisi Braziliyadakı son yoxlama oyununda uduzub

2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində iştirak edəcək voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının hazırlıqları sona çatıb.

Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yığma üzvləri 11 - 15 iyulda Bolqarıstanda, 15 - 19 iyulda Rusiyada, 19 - 24 iyulda Türkiyədə, 24 - 30 iyulda Braziliyada təlim-məşq toplanışları keçirib. Hazırlıqlar zamanı Bolqarıstan, Rusiya və Türkiyə milliləri və Braziliya klubu "Esporte Pineyruş"la yoldaşlıq oyunları da baş tutub. Sonuncu komanda ilə hər iki oyunda 3:2 hesabı qeydə alınıb. İlk görüşdə Azərbaycan millisi, növbəti oyunda isə "Esporte Pineyruş" qalib gəlib.

Bu gün milli komanda turnirin keçiriləcəyi Braziliyanın Uberlandiya şəhərinə yola düşəcək.

Qeyd edək ki, "Tokio 2020" Yay Olimpiya Oyunlarının Təsnifat Turniri 1 - 3 avqustda keçiriləcək. Oyunlara vəsiqə uğrunda ümumilikdə 24 ölkənin milli komandası mübarizə aparacaq. Hər qrupdan yalnız qrup birinciləri olimpiadaya birbaşa vəsiqə əldə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi