Məşhur klub Çempionlar Liqasından imtina etdi
Komanda
- 03 noyabr, 2020
- 08:39
Rusiyanın Sverdlovsk vilayətinin qadınlar voleybolçulardan ibarət "Uraloçka-NTMK" klubu Çempionlar Liqasına qatılmaqdan imtina edib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub. Qərar klub rəhbərliyi tərəfindən bir gün əvvəl qəbul olunub.
Rusiya təmsilçisi bölgədəki və dünyadakı epidemioloji vəziyyətə görə turnirdə iştirak üçün müraciətini geri götürüb.
Qeyd edək ki, bu mövsüm qadınlar arasındakı Çempionlar Liqası turnirində 29 komanda iştirak etməli idi. Yarış cari mövsüm yeni formatda keçirilir. "Uraloçka"-NTMK"dan əlavə, "Lokomotiv" (Kalininqrad), "Dinamo - Ak Bars" (Kazan) və Moskva "Dinamo"su Rusiyanı təmsil etməlidir.
Son xəbərlər
02:38
FT: Airbus ABŞ-dəki kosmik bölməsini satmaq niyyətindədir
Digər ölkələr02:05
Amsterdamda naməlum şəxs yoldan keçənlərə bıçaqla hücum edib, xəsarət alanlar var
Digər ölkələr01:43
Qətərlə Pakistan ABŞ və İranın öz öhdəliklərinin icrasına qayıtmasını istəyir
Region01:17
"JPost": Netanyahunun oğlu sui-qəsd təhlükəsinə görə təcili olaraq ABŞ-dən İsrailə təxliyə edilib
Digər ölkələr01:09
Serbiyalı boksçu Velyko Rajnatoviç "Balkan Boxing 11" turnirində rəqibinə nokautla qalib gəlib
Fərdi00:36
Kipr sahillərində qayıq qəzaya uğrayıb, bir nəfər həlak olub
Digər ölkələr00:11
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Digər ölkələr00:00
Bu gün Türkiyədə Zəfər Bayramıdır
Region23:51