Məşhur braziliyalı Formula-1 pilotu karyerasını başa vurur

Məşhur braziliyalı Formula-1 pilotu karyerasını başa vurur Felipe Massa komandası ilə yeni razılaşma əldə edə bilməyib
Komanda
1 Sentyabr , 2016 16:20
Məşhur braziliyalı Formula-1 pilotu karyerasını başa vurur

Bakı. 1 sentyabr. REPORT.AZ/ Məşhur braziliyalı Formula-1 pilotu Felipe Massa mövsüm sonunda karyerasını başa vuracağını bəyan edib.

"Report" Formula-1-in rəsmi saytına istinadən xəbər verir ki, hazırda "Williams" komandasını təmsil edən braziliyalı pilot komandası ilə yeni razılaşma əldə edə bilmədiyindən bu bəyanatı verib.

Ümumiyyətlə, Felipe Massa 2002-ci ildən Formula-1 yarışlarında mübarizə aparır. O, Qran Pri yarışlarında 11 dəfə qalib olub və 2008-ci ildə Formula-1 üzrə dünya çempionatında çempion Lüis Hemiltondan cəmi 1 bal geri qalaraq ikinci yeri tutub.

Son xəbərlər

Orphus sistemi