Məşhur basketbolçu karyerasını başa vurub

Məşhur basketbolçu karyerasını başa vurub Milli Basketbol Liqasında çıxış edən “Dallas”ın oyunçusu Dirk Novitski karyerasını başa vurub.
Komanda
10 Aprel , 2019 11:07
Məşhur basketbolçu karyerasını başa vurub
0 : 00
0 : 00

Milli Basketbol Liqasında çıxış edən “Dallas”ın oyunçusu Dirk Novitski karyerasını başa vurub.

“Report” xəbər verir ki, 40 yaşlı almaniyalı basketbolçu qərarını müntəzəm çempionatda “Feniks”i 120:109 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlayıb. Azarkeşlərə və komanda yoldaşlarına təşəkkür edən Novitski ilin fiziki baxımdan onun üçün ağır keçdiyini söyləyib.

Qeyd edək ki, Almaniyanın “Vürtsburq” klubunun yetirməsi olan Dirk Novitski 1998-ci ildən “Dallas”da çıxış edirdi. 2011-ci ildə NBA çempionu adını qazanmış basketbolçu 2007-ci ildə NBA-da ən dəyərli oyunçu adına layiq görülən ilk avropalı olub. “Dallas” cari mövsümdə "pley-off"a vəsiqə qazana bilməyib. 

Son xəbərlər

Orphus sistemi