Mərakeşə yola düşəcək karate üzrə Azərbaycan yığmasının heyəti müəyyənləşib

Mərakeşə yola düşəcək karate üzrə Azərbaycan yığmasının heyəti müəyyənləşib Yarışda ölkəni 8 idmançı təmsil edəcək
Komanda
12 Aprel , 2017 14:41
Mərakeşə yola düşəcək karate üzrə Azərbaycan yığmasının heyəti müəyyənləşib

Bakı. 12 aprel. REPORT.AZ/ Mərakeşin paytaxtı Rabatda aprelin 14-də start götürəcək “Karate 1” Premyer Liqa turniri üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azərbaycan Milli Karate Federasiyasından “Report”a verilən məlumata görə, 3 gün davam edəcək yarışda ölkəni 8 idmançı təmsil edəcək.

Yığmanın baş məşqçisi vəzifəsini icra edən Rəhman Hətəmov turnirdə əsasən IV İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək heyətin mübarizə aparmasına üstünlük verib. Komandanın böyük məşqçisi Seymur Hüseynovla birgə karateçilər - Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (87 kq), Asiman Qurbanlı (+84 kq), İrina Zaretska (68 kq) və Dorota Baltsiarova (kata) Mərakeşə yola düşəcəklər.

Yarışda həmçinin beynəlxalq hakim Cahangir Babayev də iştirak edəcək.

Qeyd edək ki, beynəlxalq reytinq xalları verən nüfuzlu turnirə 47 ölkədən 547 idmançı qatılacaq.

Son xəbərlər

Orphus sistemi