Marian Berki: "Azərbaycan millisində bir neçə oyunçu fərdi ustalığı ilə seçilirdi"

Marian Berki: "Azərbaycan millisində bir neçə oyunçu fərdi ustalığı ilə seçilirdi" Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində Azərbaycan yığmasına 0:2 hesabı ilə məğlub olan Slovakiya millisinin baş məşqçisi Marian Berki oyundan sonra mətbuat konfransı keçirib.
Komanda
26 Oktyabr , 2019 22:21
Marian Berki: Azərbaycan millisində bir neçə oyunçu fərdi ustalığı ilə seçilirdi

Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsində Azərbaycan yığmasına 0:2 hesabı ilə məğlub olan Slovakiya millisinin baş məşqçisi Marian Berki oyundan sonra mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, mütəxəssis Azərbaycan kollektivinin oyununu yüksək qiymətləndirib: "Təşkilatçılığa görə ölkənizin federasiya rəhbərliyinə təşəkkür edirəm. Azərbaycan yığmasını qrup qalibi olması münasibəti ilə təbrik edirəm. İki səhv buraxdıq və bunun nəticəsində də uduzduq. Millinizdə bir neçə oyunçu fərdi ustalığı ilə seçilirdi. Fasilədən sonra çoxlu səhvlər buraxdıq. Fərqlənmək üçün səy göstərsək də, buna nail olmadıq. Qalib gəlmək üçün isə qol vurmaq lazımdır".

Son xəbərlər

Orphus sistemi