“Mançester Siti” “Liverpul”u darmadağın etdi

“Mançester Siti” “Liverpul”u darmadağın etdi “Liverpul” İngiltərə Premyer Liqasının 23-cü turunun matçında öz meydanında “Mançester Siti” ni qəbul edib.
Komanda
7 Fevral , 2021 22:47
“Mançester Siti” “Liverpul”u darmadağın etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında XXIII turun mərkəzi görüşündə "Liverpul" “Mançester Siti” ni qəbul edib.

"Report"un məlumatına görə, görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.

36-cı dəqiqədə İlkay Gündoğan penaltini yerinə yetirə bilməyib. Əvəzində o, 49-cu dəqiqədə hesabı açıb. 62-ci dəqiqədə Məhəmməd Salah penalti ilə hesabı bərabərləşdirib. 73-cü dəqiqədə Gündoğan yenidən komandasını irəli çıxarıb. 76-cı dəqiqədə Rəhim Sterlinq, 83-cü dəqiqədə isə Filip Foden qol vuraraq, yekun nəticəni müəyyənləşdirib.

Bu qələbə ilə “Mançester Siti” xalını 50-yə çatdıraraq turnir cədvəlində liderliyini davam etdirir. “Liverpul” isə 40 xalla 4-cü yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi