“Lənkəran”ın baş məşqçisi "Gəncə"yə məğlubiyyəti dəyərləndirib

“Lənkəran”ın baş məşqçisi "Gəncə"yə məğlubiyyəti dəyərləndirib Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində “Gəncə”yə məğlub olan “Lənkəran”ın baş məşqçisi Georgi Kondruseviç oyunu dəyərləndirib.
Komanda
13 aprel 2025 16:42
“Lənkəran”ın baş məşqçisi Gəncəyə məğlubiyyəti dəyərləndirib

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində “Gəncə”yə məğlub olan “Lənkəran”ın baş məşqçisi Georgi Kondruseviç oyunu dəyərləndirib.

“Report” xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlama verib.

O, komandanın mövsüm ərzindəki çıxışına da toxunub:

“Demək olar, 3 period mübarizə apara bildik. Daha sonra 9 nəfərlə oynamağımız, rotasiya imkanlarının az olması öz sözünü dedi. Əsas oyunçularımızdan Ceydem Folkner xəstələndiyi üçün bu matçı buraxmalı oldu. 4-cü periodda bu, özünü daha çox göstərdi. Oyun bizim üçün psixoloji olaraq da çətin idi. Təbii ki, azarkeşlərimiz önündə daha yaxşı oyun nümayiş etdirmək isəyərdik. Döyüşdüyümüzü düşünürəm. Ən azından bunu etməyə çalışdıq”.

Baş məşqçi bu mövsüm yaşadıqları uğursuzluğu heyətdəki problemlərlə əlaqələndirib:

“Təssüf ki, bunu bacarmadıq. Amma belə güclü liqada heyətdə hər zaman problemlərin yaşanması fonunda qələbələr qazanmaq çətindir. Buna baxmayraq, 3 dəfə rəqibləri məğlub etdik. Ötən il "Şəki" komandasının cəmi 1 qələbə qazanmasını göz önünə gətirsək, yeni yaranan kollektiv üçün pis nəticə deyil. Nəzərə almaq lazımdır ki, cəmi 5 oyunda tam heyətlə mübarizə apardıq. Bəzi matçlarda qələbəyə çox yaxın olduq. Əfsuslar olsun ki, şans tərəfimizdə deyildi. Azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Onlar bizə dəstək oldular. Bu, mənim üçün əla motivasiya idi. Qalib gəlməsək də, onlar hər dəfə bizə dəstək oldular. Mən də bir məşqçi kimi əlimdən gələni etdim”.

O, “Sumqayıt”a qarşı keçirdikləri ilk oyunu fərqləndirib:

“Ən yaddaqalan matç "Sumqayıt"a qarşı ilk oyun oldu. Orda 14 xal geridə olsaq da, yekunda 15 xal fərqi ilə qələbə qazandıq. İlk qələbəmiz, fikrimcə, yaddaqalan idi”.

G.Kondruseviç Azərbaycanın çox maraqlı ölkə olduğunu vurğulayıb:

“Azərbaycan çox maraqlı ölkədir. Burada yeni insanlarla tanış oldum. Burada olmaq mənim üçün xoş idi. Gözəl ölkədə əla günlər keçirdim. Lənkəran da fərqli yer idi. Bakıya, ümumiyyətlə, bənzəmirdi”.

Qeyd edək ki, “Lənkəran” klubu Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində “Gəncə”yə qarşı keçirdiyi hər iki görüşdə (92:96, 74:100) məğlub olaraq mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi