"Kür"ün məşqçisi: Azərbaycan çempionatı bu dəfə daha maraqlı keçdi

"Kür"ün məşqçisi: Azərbaycan çempionatı bu dəfə daha maraqlı keçdi Çempionat ağır keçdi. Əvvəlki illərə baxanda budəfəki turnir daha maraqlı idi.
Komanda
14 May , 2024 12:46
Kürün məşqçisi: Azərbaycan çempionatı bu dəfə daha maraqlı keçdi

Çempionat ağır keçdi. Əvvəlki illərə baxanda budəfəki turnir daha maraqlı idi.

Bunu "Report"a açıqlamasında Azərbaycan çempionatının qalibi olan kişi həndbolçulardan ibarət "Kür" komandasının məşqçisi Elnur Cahangirov deyib.

Mütəxəssis yarışda komanda sayının artırılaraq 7-ə çatdırılmasının müsbət məqam olduğunu bildirib: "Azərbaycan Həndbol Federasiyası klublara hər cür dəstək verdi. Biz ev oyunlarımızı Mingəçevirdə keçirirdik. İlk dəfə Azərbaycanda region klubu ölkə çempionu oldu. "Bakı" da titula layiq idi. Bizim daha güclü hazırlaşmağımız, rəqibi təhlil etməyimiz qalib gəlməyimizə şərait yaratdı. Qarşıdakı dönəmlərdə yeni nailiyyətlərə və uğurlara imza atmaq istəyirik. Buna da nail ola bilərik".

E.Cahangirov "Kür"ün avrokuboklarda iştirak edəcəyini də söyləyib: "Hansı turnirə qatılacağımız sonradan müəyyənləşəcək. Hələlik ölkə kubokunun oyunları olduğu üçün mövsüm tam başa çatmayıb. İyul-avqustda hansı yarışda mübarizə aparacağımızı biləcəyik. Ötən il Xorvatiyanın "Sesvete" komandasına Avropa Kubokunda məğlub olduq. Bizimlə qarşılaşmamışdan əvvəl bu klub həmin turnirin yarımfinalında mübarizə aparmışdı".

Son xəbərlər

Orphus sistemi