"Kür"ün həndbolçusu: "Qalib gəlməyimizin əsas səbəbi məşqçimizdir"

"Kür"ün həndbolçusu: "Qalib gəlməyimizin əsas səbəbi məşqçimizdir" Qalib olmağımızın ən böyük səbəbi məşqçimizdir.
Komanda
27 Oktyabr , 2024 21:03
Kürün həndbolçusu: Qalib gəlməyimizin əsas səbəbi məşqçimizdir

Qalib olmağımızın əsas səbəbi məşqçimizdir.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın kişi həndbolçulardan ibarət "Kür" komandasının üzvü Cavid İsmayılov Avropa Kubokunda Kipr təmsilçisi “Parnassos Strovolu” ilə oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.

Həndbolçu oyunların ağır keçdiyini söyləyib:

"Qalib olmağımızın ən böyük səbəbi məşqçimizdir. Komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. Oyunlar ağır keçdi.

O, ilk dəfə mərhələ keçdikləri üçün sevincli olduğunu deyib:

"Növbəti oyunlara da məsuliyyətlə hazırlaşacağıq. Bir həftə ərzində növbəti rəqibimiz bəlli olacaq. Avropa kubokunda ilk dəfə mərhələ keçdiyimiz üçün çox sevincliyik. İnşallah, növbəti qələbə ilə Azərbaycanı sevindirəcəyik".

Qeyd edək ki, komandalar arasında keçirilən iki oyunun nəticəsinə görə (35:31, 32:29) "Kür" mərhələ adlayıb.

Son xəbərlər

Orphus sistemi